Amerika Çini bədnam etmək üçün başqa ölkələri sıxışdırır
Çin xarici işlər nazirliyinin sözçüsü Amerikanın digər ölkələri Pekinə qarşı hərəkətlərdə onu müşayiət etməyə məcbur etməyə çalışmasını tənqid edib.
Çin xarici işlər nazirliyinin sözçüsü Hua Tszunin ABŞ dövlət katibinin yeni ittihamına cavab olaraq deyib ki, Vaşinqton digər ölkələri Çinə qarşı hərəkətlərdə onu müşayiət etməyə məcbur etməyə çalışır.
ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü Çinə qarşı ittihamlarının davamında deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı Çindən təhqiqatın aparılmasını tələb etməlidir.
Pompeo iddia edibdir ki, Çin hələ də koronavirus barədəki məlumatları gizlədir.
Koronavirusla təsirli mübarizədə bacarıqsızlıqda ittiham olunan ABŞ prezidenti Donald Trampın hökuməti bu məsələdə Çini müqəssir kimi göstərməyə səy edir. O, dəfələrlə bu virusu «Çin virusu» adlandırmaqla Pekinin hiddətinə səbəb olubdur.
ABŞ ÇİNİ BƏDNAM ETMƏK ÜÇÜN DİGƏR ÖLKƏLƏRİ SIXIŞDIRIR