Kanadada 2 mln. insan iş yerini itirib
https://azeri.sahartv.ir/news/dünya-i361549-kanadada_2_mln._insan_iş_yerini_itirib
Bu ilin aprel ayında Kanadada 2 mln. insan iş yerini itirib, ölkədə işsizliyin səviyyəsi rekord 13%-ə yüksəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2020 14:56 Asia/Baku
  • Kanadada 2 mln. insan iş yerini itirib

Bu ilin aprel ayında Kanadada 2 mln. insan iş yerini itirib, ölkədə işsizliyin səviyyəsi rekord 13%-ə yüksəlib.

SəhərAzəri APA-in "Reuters"ə istinadən verdiyi məlumata əsasən xəbər verir, iş yerlərinin bağlanması bazarların qorxduğu qədər pis olmasa da, Kanadanın Statistik İdarəsi bildirib ki, işlərini müvəqqəti itirmiş və koronavirusla mübarizə üçün qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra işə qayıtmağı gözləyən 1,1 mln. insan hesabata daxil edilməyib

Əgər bu insanlar da hesabata daxil etsəydi, Kanadada işsizlik səviyyəsi rekord həddə – 17,8% çatacaqdı.