Rusiyada koronavirusa yoluxanların sayı 250 mini keçib
May 14, 2020 10:31 Asia/Baku
Rusiyada son sutka ərzində daha 9974 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
SaharAzeri APA-ya istinadən xəbər verir ki,Rusiyada COVID-19-a yoluxanların sayı 252 245 nəfərə çatıb.
Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2305 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 53 530 nəfərdir.
Teqlər