ABŞ-da yoluxanların sayı 1 milyon 550 min nəfəri keçib
https://azeri.sahartv.ir/news/dünya-i361933-abŞ_da_yoluxanların_sayı_1_milyon_550_min_nəfəri_keçib
Amerikada koronavirusa yoluxanların sayı başqa bir sıçrayışla 1 milyon 550 min nəfəri keçib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 19, 2020 04:29 Asia/Baku
  • ABŞ-da yoluxanların sayı 1 milyon 550 min nəfəri keçib

Amerikada koronavirusa yoluxanların sayı başqa bir sıçrayışla 1 milyon 550 min nəfəri keçib.

SaharAzeri xəbər verir: Amerika mediaları bazar ertəsi günü gecə bildiriblər ki, bu ölkədə ümumilikdə 1 milyon 550 min 294 nəfər koronavirusa yoluxubdur ki, onlardan 91 min 981 nəfər həyatını itiribdir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.