May 23, 2020 00:58 Asia/Baku
  • “İsrail rejimi ilhaq planından əl çəkməlidir”

BMT-nin Qərbi Asiya üzrə xüsusi koordinatoru, İsrailin rejiminə, Qərbi Şəriyəni ilhaq etmək planını həyata keçirmək təhdidlərindən imtina etməsi barədə xəbərdarlıq edib.

SəhərAzəri - ParsToday Xəbər Portalının məlumatına əsasən, Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasının videokonfransındakı çıxışı zamanı sionist rejimin İordan Çayının qərb sahillərini ilhaq etmək planını və bu planın həyata keçirməkdə davam etdiyi təhdidin beynəlxalq hüququn ən ciddi pozuntusu hesab edildiyini söyləyib.

Bu arada Fələstin səlahiyyətliləri bildiriblər ki, sözü gedən ilhaqı planı qüvvəyə minəcəyi təqdirdə, artıq mövcud olan təhlükəsizlik razılaşmalarına əməl olunmayacaq.

Fransa və Almaniya da sionist rejimin ilhaq planına qarşı çıxaraq, bunun Təl-Əviv ilə Avropa İttifaqı arasındakı münasibətlərin pisləşməsinə səbəb ola biləcəyini bəyan ediblər.

Xatırladaq ki, sionist rejimi, iyul ayında İordan Çayının qərb sahilinin 30 faizdən çoxunu işğal altındakı ərazilərə ilhaq etməyi planlaşdırır. İsrail rejiminin bu qərarı bir çox ölkə tərəfindən təcavüzkar addım kimi qəbul edilərək, tənqid olunur.

Teqlər