Rusiya ABŞ-ın sabotajını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i362274-rusiya_abŞ_ın_sabotajını_tənqid_edib
Rusiyanın BMT-dəki daimi nümayəndəsi ABŞ hökumətinin təhlükəsizlik şurasının koronavirusla mübarizə barədəki qətnaməsinin qəbul olunması sahəsindəki sabotajını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2020 09:46 Asia/Baku
  • Rusiya ABŞ-ın sabotajını tənqid edib

Rusiyanın BMT-dəki daimi nümayəndəsi ABŞ hökumətinin təhlükəsizlik şurasının koronavirusla mübarizə barədəki qətnaməsinin qəbul olunması sahəsindəki sabotajını tənqid edib.

SəhərAzəri xəbər verir, Vasili Nebenzya deyib: Amerikanın koronavirus pandemiyası barədə Çinə qarşı şifahi hücumları təhlükəsizlik şurasının bu barədə qətnamə qəbul edə bilməməsinə bais olubdur.

Nebenzya bu qətnamənin/ qəbul edilmək üçün üç həftə bundan öncə hazırlanmasına və bu barədəki razılaşmaya işarə edib və belə söyləyib: Amerika düz son anlarda bildirdi ki, bu qətnamədə Ümumdünya Səhiyyə Təşkilatına işarə olunmasın və ya ondan bir nişanənin olmasını istəmir, halbuki qətnamə layihəsində belə bir şey olmayıbdır.

Bu Rusiya diplomatı həmçinin deyib: Amerikanın koronavirus pandemiyası barədə Çinə qarşı şifahi hücumları ehtimal üzrə ötən iki il ərzində Rusiyaya qarşı irəli sürülmüş iddialardan da çox olubdur.

Amerika mayın 9-da BMT Təhlükəsizlik Şurasının koronavirus pandemiyası mövzulu qətnaməsi barədə səsvermənin qarşısını aldı.

Mart ayından üzərində müzakirə aparılan qətnamə layihəsi döyüş bölgələrində toqquşmaların dayandırılmasını əhatə edirdi ki, hökumətlər bu xəstəliklə mübarizə məsələsini nəzərdən keçirə bilmiş olsunlar.