İyun 01, 2020 18:39 Asia/Baku
  • Rammstein və insan haqlarının 69 il pozulması

Amerika Almaniyanın Rammstein şəhərində hərbi baza təsis etməklə 69 ildir ki, Avropanın mərkəzindən insan haqlarını pozur.

SəhərAzəri xəbər verir, Almaniyanın mərkəzində Amerikanın mülkiyyətində olan baza. Rammstein- amerikan simvollarına malik kiçik bir şəhər. 2020-ci il yanvarın 2-dən adı dillərə düşdü. İraqda müqavimət sərkərdələrinin terroru Rammstein bazasındakı amerikan pilotsuzların kəşfiyyat istiqamətləndirmələri ilə həyata keçirildi.

Almaniya parlamentinin üzvü İnra Aleksandr Noy bizə dedi.

m.k- Əminik ki, general Süleymaninin terroru Rammstein vasitəsilə həyata keçirilibdir.

Amma Rammstein hərbi bazasının insan haqlarının pozulmasındakı rolu təkcə müqavimət sərkərdələrinin terroru ilə məhdudlaşmır. 69 illik keçmişi var və Almaniya xalqı öz varlığı ilə utanc hissi keçirir.

m.k- Rammstein bazası bağlanmalı və Almaniya ərazisindən yığışdırılmalıdır. Təəssüf edirəm ki, ölkələr bu bazadan ziyan çəkirlər.

Alman etirazçılar şənbə günü insan haqlarının əcnəbinin onun ölkəsindəki iştirakı vasitəsilə pozulmasına etiraz olaraq, aksiya keçirdilər.

m.k- Bu baza Almaniya ərazisində yerləşir. Halbuki əsas qanun bu icazəni verməyibdir. Amma İraq, Əfqanıstan, Suriya və Liviya daxil olmaqla müxtəlif nöqtələrə hücum edən pilotsuzlar məhz buradan istiqamətləndirilirlər.

Etirazçılar Rammstein bazasının mövcud olmasının Almaniyanın istiqlaliyyətinin olmamasına bais olduğu fikrindədirlər. Bu müstəqilsizliyin nişanələrindən biri budur ki, amerikalı rəsmilər istədikləri zaman, Almaniyaya məlumat vermədən və onun icazəsi olmadan bu bazaya girib, oradan çıxırlar.

Teqlər