covid-19 meydan oxuyur
Hindistanda rekord yoluxma qeydə alındı
İyun 01, 2020 21:15 Asia/Baku
Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8392 yeni yoluxma qeydə alınıb.
SəhərAzəri Teleqraf.com-a xəbər verir ki,
bu, virusun ölkədə yayılmağa başlamasından bəri gündəlik ən yuxarı rəqəmdir. Bununla da Hindistanda koronavirusa yoluxanların ümumi sayı 190 min 535-ə çatıb. Hazırda Hindistan bu infeksiyaya yoluxanların ümumi sayına görə dünyada 7-ci yerdədir.
Bildirilir ki, ötən sutka ərzində COVID-19 infeksiyasından 230 ölüm qeydə alınıb. İndiyədək ölkədə virus səbəbindən ölənlərin sayı 5394-ə yüksəlib.
Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi növbəti dəfə bir ay müddətinə uzadılıb. Qərar iyunun sonunadək qüvvədə olacaq