Corc Kluni: ‘İrqçilik ABŞ-ın pandemiyasıdır’
Hollivudun məşhur aktyoru Corc Kluni ABŞ-dakı siyasi rəhbərliyi, ədliyyə və hüquq-mühafizə orqanlarını sistematik bir dəyişikliyə getməyə çağırıb.
SaharAzeri xəbər verir, aktyor Deyli Bist qəzeti üçün yazdığı məqalədə bu çağırışı edib. ABŞ-da tüğyan edən irqçilik pandemiyası ilə mübarizə üçün təcili tədbirlərin görülməsini tələb edən Kluni yazıb: “Corc Floydun öldürüldüyünə şübhə yoxdur. Dörd polis zabitinin əlində son nəfəsini verməsinin şahidi olduq”.
Kluni daha sonra bunları qeyd edib: “Bu etirazın nə vaxt dayandırılacağını bilmirik. Ümid edirik ki, başqa heç kim öldürülməyəcək, bunun üçün dua edirik. Ancaq eyni zamanda demək olar ki, heç bir şeyin dəyişməyəcəyini də bilirik. Küçələrimizdə ortaya çıxan qəzəb və məyusluq, köləlikdən bəri bir ölkə olaraq nə qədər yetkin olduğumuzu xatırladır. Bu pandemiyamızdır. Hamımızı yoluxdurur və 400 ildir hələ peyvənd tapmamışıq”.
Məşhur aktyor sonda ABŞ vətəndaşlarını noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı iqtidardan uzaqlaşdırmağa dəvət edib.