Senator ABŞ-dakı irqçilikdən danışdı
https://azeri.sahartv.ir/news/dünya-i362800-senator_abŞ_dakı_irqçilikdən_danışdı
ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders polis zorakılığı və irqçiliklə bağlı dünən axşam saatlarında açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2020 11:54 Asia/Baku
  • Senator ABŞ-dakı irqçilikdən danışdı

ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders polis zorakılığı və irqçiliklə bağlı dünən axşam saatlarında açıqlama verib.

SaharAzeri xəbər verir,CNN Telekanalının məlumatına əsasən, Sanders bu barədə öz rəsmi "Tvitter" hesabında yazıb ki, ABŞ-da irqçilik polisin qaradərilini öldürməsindən də çox pis haldadır.

Senator qeyd edib ki, bu gün ölkədə qaradərili vətəndaşlar hər sahədə irqçiliyə məruz qalır. Onların iş tapmaq imkanları da məhduddur.