Quterreş koronavirusun yayılması səbəbindən qlobal aclıq barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i362977-quterreş_koronavirusun_yayılması_səbəbindən_qlobal_aclıq_barədə_xəbərdarlıq_edib
BMT-nin Baş katibi koronavirus pandemiyasının fəsadları və dünyada aclığın genişlənməsi haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2020 10:11 Asia/Baku
  • Quterreş koronavirusun yayılması səbəbindən qlobal aclıq barədə xəbərdarlıq edib

BMT-nin Baş katibi koronavirus pandemiyasının fəsadları və dünyada aclığın genişlənməsi haqda xəbərdarlıq edib.

SaharAzeri "Frans Press" Xəbər Agentliyinə istinadla xəbər verir,  BMT-nin Baş katibi Antonio Quterreş bir bəyanatda, hazırda 820 miyondan çox insanın ac qaldığını diqqətə çatdırıb. 

"Ərzaq sistelərimiz yaxşı işləmir və COVİD-19 virusu vəziyyəti daha da ağırlaşdırır",- deyə o, əlavə edib.

Quterreşin bəyanatında uşaqların xüsusilə məktəblərdə yeməkdən məhrum olan uşaqların qida rasionuna nəzarət etməyin vacibliyi vurğulanıb. 

Eyni zamanda Quterreş xəbərdarlıq edib ki, 5 yaşa qədər 144 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. Bu dünyadakı uşaqların beşdə birindən çoxdur.