Patruşev: Qərb MDB ölkələrində rəngli inqilablar təşkil edir
Rusiya Təhlükəsizlik Şurasının ذaş katibi bəyan edib ki, Qərbin əsas strateji hədəflərindən biri Rusiyada "rəngli inqilabdır".
SaharAzeri ُSputnik-a istinadla xəbər verir, Nikolay Patruşev bu haqda deyib: "Qərb Rusiyada ictimai-siyasi vəziyyəti pozmaq və son nəticədə "rəngli çevrilişi" həyata keçirmək üçün Sovet İttifaqının tərkibində olmuş ölkələrə inqilabların ixracı ilə məşğul olur.
Onun sözlərinə görə, daha əvvəl SSRİ-nin tərkibində olan bəzi ölkələrdə çevrilişlərin hazırlanması zamanı Qərb Sovet İttifaqının dağılmasından sonra şüurlu yaşa daxil olanlara üstlünük verir.
Patruşev izah edib ki, bu cür insanların SSRİ haqqında öz təsəvvürləri və real bilgiləri yoxdur: "Gürcüstan və Rusiya nümunələri göstərir ki, Rusiya ətrafında ona düşmən təbəqələrin dövlət tərzinin formalaşdırılması prosesi süni yolla daha da sürətləndirilə bilər".