Almaniya: İsrailiin ilhaq planı beynəlxalq hüquqa ziddir
Almaniyanın xarici işlər naziri İsrail rejiminin sionist məskunlaşma məntəqələri və İordan vadisinin “ilhaq edilməsi” planının beynəlxalq hüquqa zidd olduğunu bildirib.
SaharAzeri Anadolu-ya istinadla xəbər verir, Təl-Əviv rəhbərliyini ilhaq planı barədə xəbərdar etmək üçün İsrail rejiminə gələn alman nazir Hayko Maas həmkarı Qabi Aşkenazi ilə görüşdən sonra deyib: “Avropa İttifaqı olaraq, ilhaqın beynəlxalq hüquqa uyğun olmadığını düşünürük”.
Maasın bu açıqlamasına cavab olaraq, sionist rejimin xarici işlər naziri ABŞ prezidenti Donald Tramp tərəfindən açıqlanan qondarma Yaxın Şərq sülh planının bölgə üçün əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu iddia edib.
Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqının xarici əlaqələr üzrə koordinatoru Cozef Borrel sionist rejimi yeni ilhaq qərarını yerinə yetirməkdən çəkinməyə çağırmışdı. Borrel, Avropa İttifaqına üzvü olan 27 ölkənin, İsrail rejiminin bu torpaqlar üzərindəki suverenliyini tanımadığını söyləyib.
Bəzi Avropa ölkələri, İsrail rejimininin ilhaq qərarını icra etdiyi halda, Təl-Əvivlə münasibətlərinə yenidən baxacaqlarını bildirirlər.
Qeyd edək ki, İsrail rejimi 2020-ci il iyulun 1-dən etibarən Qərb Sahilinin bir hissəsi işğal olunmuş ərazilərə birləşdirmək qərarına gəlib. Sionist rejimin qərarı BMT və beynəlxalq birliyin, o cümlədən Fələstin fraksiyalarının mənfi reaksiyasına səbəb olub.