İyun 11, 2020 13:44 Asia/Baku
  • Hollandiya xalqı rasizmə qarşı aksiya keçirib

Hollandiyanın paytaxtı çərşənbə günü axşam rasizmə qarşı geniş aksiyalar səhnəsi olub.

 SaharAzeri xəbər verir, Hollandiyanın paytaxtı Amsterdamın cənub-şərqində yerləşən Nelson Mandella adına parka toplaşan aksiyaçılar rasizmi pisləyiblər.

İnsan haqları fəalları, həmçinin dini və etnik azllqların bir çox nümayəndəsi bu aksiyada iştirak ediblər.

Əllərində, üzərlərində “Qaradərililərin həyatı dəyərsiz deyil!”, “Ağdərililərin sükutu, zülmdür!”, “Nəfəs ala bilmirəm!”, “Ədalətsiz sülh mənasızdır!” və “Polis zorakılığına-yox!” şüarları yazılmış plakatlar tutan aksiyaçılar ABŞ polisi tərəfindən bir afroamerikalının öldürülməsinə qarşı öz etirazlarını bildiriblər.

Etirazçılar həmçinin rasizm və islamofobiya fenomeninə son qoyulması və bütün xalqın bərabərliyini tələb ediblər.

Amerika, həmçinin bir çox avropalı və qeyri-avropalı ölkə iyirmi ildən çoxdur ki, rasizmə qarşı misli görünməmiş etirazlar səhnəsidir.

Rasizmə qarşı beynəlxalq etiraz hərəkatı amerikalı ağdərili polis zabitinin Minnesota ştatının Mineapolis şəhərində qaradərili Corc Floydu dəhşətli şəkildə qətlə yetirməsindən sonra başlanıbdır.

Teqlər