Rusiya xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri təxirə salınıb
İyun 14, 2020 10:40 Asia/Baku
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun bu gün İstanbula planlaşdırılan səfərləri təxirə salınıb.
SaharAzeri APA-ya istinadla xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə və Rusiya Xarici İşlər və Müdafiə nazirləri arasında görüşün başqa bir vaxta keçirildiyini açıqlayıb.
Bu gün də Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun telefon danışığı da olub. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər yaxın günlərdə iki ölkənin Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində görüşün keçirilməsini məqbul sayıblar.
Teqlər