ABŞ-la Rusiya silahlara nəzarət məsələsini müzakirə edəcək
ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Vyanaya səfər edəcək.
SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 22 iyun tarixində baş tutacaq ikigünlük səfər zamanı Marşall Billinqsli Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ilə görüşəcək.
“Silahlara nəzarət mexanizmi müzakirə mövzusu olacaq. Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasına bu müzakirələrə qoşulmaq üçün dəvət göndərib və hər üç ölkənin silah nəzarəti ilə bağlı danışıqlar aparması zəruridir”-deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya prezidenti ötən il dekabrın 24-də Müdafiə Nazirliyinin kollegiya iclasında ölkəsinin yeni silah sistemləri üzrə dünyada liderliyi ələ aldığını açıqlamışdı.