ABŞ-ın Berlindəki səfirliyi qarşısında "Sezar" qanununa qarşı etirazlar
https://azeri.sahartv.ir/news/dünya-i363482-abŞ_ın_berlindəki_səfirliyi_qarşısında_sezar_qanununa_qarşı_etirazlar
Almaniyada yaşayan suriyalı tələbələr Sezar qanununa etiraz əlaməti olaraq Berlindəki ABŞ səfirliyi qarşısında toplaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2020 12:17 Asia/Baku
  • ABŞ-ın Berlindəki səfirliyi qarşısında

Almaniyada yaşayan suriyalı tələbələr Sezar qanununa etiraz əlaməti olaraq Berlindəki ABŞ səfirliyi qarşısında toplaşıblar.

SəhərAzəri isna.ir-a istinadla xəbər verir, Bu mitinq Almaniyadakı Suriyalı Tələbələrin Milli Birliyi və Almaniyadakı Suriya – Almaniya Birliyinin tələbi ilə təşkil edilib. Suriyalı etirazçılar bu mitinqində ABŞ-ın Sezar qanununun ölkələrinə qarşı tətbiq edilməsinə qarşı olduqlarını və bu iqtisadi sanksiyalar qarşısında Suriya xalqını dəstəklədiklərini bildiriblər.
Suriyalı etirazçılar bildiriblər, ABŞ hökuməti və Avropa Birliyi bu sanksiyalarla öz siyasi maraqlarını həyata keçirə bilməzlər, necə ki, son illərdə Suriya torpaqlarında İŞİD-i dəstəkləməklə bu maraqları əldə edə bilmədilər.
ABŞ-ın tətbiq etdiyi Sezar qanununa əsasən, Suriyadan başqa, Suriya hökuməti ilə əməkdaşlıq edən bütün ölkələr və tərəflər müxtəlif sahələrdə, xüsusən də iqtisadi sahədə sanksiyalara məruz edilirlər.