Rusiyanın ABŞ-ın yeni kosmik strategiyasına reaksiyası
Rusiya xarici işlər nazirliyi bir bəyanatda ABŞ-ın yeni kosmik strategiyasını pisləyib.
SəhərAzəri xəbər verir, Rusiya xarici işlər nazirliyi bu bəyanatda bildirib: Amerika tərəfi kosmosu döyüş meydanı təsəvvür edib, halbuki kosmosda hər cür silahlı qarşıdurma strateji sabitlik və beynəlxalq təhlükəsizlik üçün nəhs nəticələrə gətirib çıxara bilər.
Rusiya xarici işlər nazirliyi həmin bəyanatda Vaşinqtondan istəyibdir ki, bu sahədə məsuliyyətli siyasət yeritsin.
Bəyanatın davamında deyilir: Rusiya tamamilə fərqli mövqeyə malikdir və üstünlüyü kosmosdan yalnız sülh naminə istifadəyə verir, həmçinin kosmosda silah rəqabətinə mane olmağa çalışır.
Amerikanın müdafiə nazirliyi- Pentaqonun cümə günü yaydığı ABŞ-ın yeni kosmik müdafiə strategiyasına əsasən, Vaşinqton deyir ki, Çin və Rusiyanın kosmosun nəzarətini əllərinə almalarına mane olmaq istəyir.