İyun 22, 2020 21:44 Asia/Baku
  • Merkel Ştutqart zorakılıqlarına reaksiya verib

Almaniya kansleri Ştutqart şəhərindəki küçə zorakılıqlarını pisləyib.

SəhərAzəri  xəbər verir ki, Angela Merkel Ştutqart şəhərindəki küçə zorakılıqları və polis qüvvələrinə hücumu pisləyib və bu hadisələrin amillərinin mənfur adlandırıb.

Almaniya kansleri həmçinin bu şəxsləri qanunu pozmaqda ittiham edib.

Polisin məlumatına görə, hadisənin səbəbi, narkotik maddələr daşımaqda şübhəli bilinən 17 yaşlı bir alman gəncin axtarılması olubdur.

Təqribən 20 nəfər bu gənclə həmrəylik etmək üçün Ştutqart polisi ilə toqquşur və toqquşma şiddətlənir.

Bu zorakılıqlarda şəhərin mərkəzindəki iyirmi mağaza hücuma məruz qalıb və 9 mağaza qərət olunubdur.

Bu məlumata əsasən, həmçinin qeyd olunan toqquşmalarda 12 polis avtomobilinə ziyan dəyib, 19 polis əməkdaşı yaralanıb, iğtişaşçılardan 24 nəfər də həbs olunubdur.

Teqlər