Çin və Hindistan sərhəd münaqişəsinə son qoymağa dair razılığa gəldilər
Hindistan Ordusu açıqlayıb, Bazar ertəsi günü Hindistan və Çin arasındakı danışıqlar Moldo bölgəsində səmimi, müsbət və konstruktiv bir atmosfer yaratdı və sonda tərəflər münaqişənin sona çatması ilə əlaqədar fikir birliyinə gəldilər.
SəhərAzəri xəbər verir, Son vaxtlar Hindistanla Çin qoşunları arasındakı toqquşmalar artıq kiçik bir mübahisəli ərazi üstündə qızışışdı.
Hindistan hərbçiləri bu gün (Çərşənbə axşamı) bir açıqlamada bunları bildirib: Tərəflər arasında danışıqlar Çin tərəfində yerləşən sərhəd yaxınlığındakı "Moldo" bölgəsində və bölmə komandirləri səviyyəsində səmimi, müsbət və konstruktiv bir şəraitdə keçdi. Tərəflər münaqişənin sona çatması barədə razılığa gəldilər. Şərqi Lodax bölgəsindəki qarşıdurmanın bütün sahələrində qarşıdurmaya necə son veriləcəyi müzakirə edildi və hər iki tərəf məsələyə son qoyulması barədə öhdəlik qəbul etdi.
İyunun 15-də Hindistanın Ledax şəhərətrafı bölgəsində Hindistan və Çin hərbiçiləri arasında toqquşma baş verdi.
Hindistan hərbçiləri toqquşmalarda 20 əsgərin öldüyünü və təxminən 80 nəfərin yaralandığını bildirib.