Rusiya MSK-nın saytına haker hücumu
https://azeri.sahartv.ir/news/dünya-i363772-rusiya_msk_nın_saytına_haker_hücumu
Rusiya Mərkəzi Seçki Komissiyası bu gün bildirib ki, hakerlərin əsas qanunun islahı üzrə referenduma səsverməyə xələl gətirmək üçün bu komissiyanın saytına qarşı hücumları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2020 18:08 Asia/Baku
  • Rusiya MSK-nın saytına haker hücumu

Rusiya Mərkəzi Seçki Komissiyası bu gün bildirib ki, hakerlərin əsas qanunun islahı üzrə referenduma səsverməyə xələl gətirmək üçün bu komissiyanın saytına qarşı hücumları davam edir.

SəhərAzəri xəbər verir, Rusiya Mərkəzi Seçki Komissiyası bundan öncə də öz saytının işində problemin yarandığını bildirmişdi.

Bu referendum üzrə ümumölkə səsverməsinin ikinci günü internet və mobil telefonlar vasitəsilə həyata keçirilir. Bu səsvermə bir həftə davam edəcək. Eyni zamanda Rusiyad 96 mindən çox seçki dairəsi də öz fəaliyyətinə başlayıbdır.

Rusiyada əsas qanuna düzəliş bu ölkənin prezidenti Vladimir Putinə imkan verəcək ki, daha iki dəfə, hər biri altı il olmaqla bu ölkənin prezidenti kimi qalmış olsun.

Putinin hazırkı prezidentlik dövrü 2024-cü ildə bitəcək. Lakin əsas qanuna islahatlar bu müddəti 2036-cı ilədək uzadacaqdır.