İyun 27, 2020 11:43 Asia/Baku
  • Hindistanda koronavirus yayılmaqda davam edir

Hindistanda son sutkada koronavirusa 18 552 nəfər yoluxub və 384 nəfər ölüb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bununla da yoluxanların ümumi sayı 508 953-ə, ölənlərin sayı isə 15 685 nəfərə çatıb. Eyni zamanda yoluxanlardan 295 880 nəfər sağalıb.

Ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatına görə, son 7 gündə ölkədə gündəlik yoluxanların sayı 14 mindən artıqdır. Yoluxanların ümumi sayı 400 minə çatandan cəmi 6 gün sonra, yəni dünən - cümə günü bu rəqəm 500 mini ötüb.

O cümlədən paytaxt Dehlidə son 24 saat ərzində COVID-19 virusuna 3 460 nəfərin yoluxduğu, 2 326 nəfərin sağaldığı və 63 nəfərin öldüyü bildirilir. Nəticədə yoluxanların sayı 77 240 nəfərə, sağalanların sayı 47 901 nəfərə, ölənlərin sayı isə 2492 nəfərə çatıb.

Hazırda Hindistan koronavirusa yoluxanların ümumi sayına görə ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü yerdədir.

Teqlər