İyul 07, 2020 09:15 Asia/Baku
  • «Açıq səma» paktı barədə Rusiya-ABŞ ixtilafları davam edir

Rusiya xarici işlər nazirinin müavini deyib ki, Moskva və Vaşinqton Açıq səma haqqındakı müqavilədə öz mövqelərini bir-birinə yaxınlaşdıra bilmirlər.

SəhərAzəri xəbər verir, Aleksandr Qruşko vurğulayıb ki, Moskva ABŞ-ın Açıq səma haqqındakı müqavilə ilə bağlı xəbərdarlıqlarını qəbul etmir.

Rusiya xarici işlər nazirinin digər müavini Sergey Ryabkov da ötən şənbə günü bildirmişdi ki, Amerikanın Açıq səma haqqındakı müqavilədən çıxmaq qərarı qaçılmaz şəkildə onun dağılması ilə nəticələnəcəkdir.

O, sonra deyib: Moskva Vaşinqtonun Açıq səma haqqındakı müqavilə üzvlərinin növbəti konfransında bu müqavilədən çıxmaq barədəki qərarından geri dönəcəyini təsəvvür etmir.

ABŞ prezidenti Donald Tramp Ağ Ev-ə daxil olduğu zamandan bəri bu ölkəni nüvə anlaşması və Paris iqlim müqaviləsi kimi bir çox müqavilədən çıxarıb və bunları Amerikanın zərərinə olmaq, yaxud da onların bu ölkənin təhlükəsizlik maraqları ilə təzad təşkil etməsi və ya yarımçıq olması kimi bəhanələrlə əsaslandırmağa çalışıbdır.

Teqlər