ABŞ-ın büdcə kəsiri 2,7 trilyon dollara çatıb
https://azeri.sahartv.ir/news/dünya-i364339-abŞ_ın_büdcə_kəsiri_2_7_trilyon_dollara_çatıb
ABŞ konqresinin büdcə ofisi çərşənbə günü bir açıqlamada bildirib ki, bu ölkənin federal hökumətinin büdcə çatışmazlığı cari maliyyə ilinin ilk 9 ayında 2,7 trilyon dollara çatıbdır ki, bu da bir rekord sayılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2020 05:19 Asia/Baku
  • ABŞ-ın büdcə kəsiri 2,7 trilyon dollara çatıb

ABŞ konqresinin büdcə ofisi çərşənbə günü bir açıqlamada bildirib ki, bu ölkənin federal hökumətinin büdcə çatışmazlığı cari maliyyə ilinin ilk 9 ayında 2,7 trilyon dollara çatıbdır ki, bu da bir rekord sayılır.

SəhərAzəri xəbər verir, Proqnoz edilir ki, Amerika federal hökumətinin büdcə kəsiri cari maliyyə ilinin sonunadək 3,8 trilyon dollara çatacaq.

Amerikada maliyyə ili hər ilin oktyabr ayının əvvəlindən sonrakı ilin sentyabrınadək olan müddət sayılır.

Amerika federal hökumətinin büdcə kəsiri elə bir haldadır ki, koronavirus pandemiyası bu ölkədə bir çox biznes sahələrinə zərər vurubdur.

Amerikada koronavirus epidemiyası şəxslər və şirkətlərin vergilərinin 28 faiz azalmasına səbəb olubdur.

Koronavirusun Amerikada yayıldığı zamandan bəri bu ölkədə minlərlə şirkət və zavod bağlanıbdır.

Proqnoz edilir ki, Amerikada işsizlik səviyyəsi minimum 16 faizə çatacaq. Bu miqdarda işsizlik səviyyəsi, ikinci dünya müharibəsindən sonrakı geniş durğunluqdan sonra ən yüksək göstəricidir.