Hindistanda COVID-19-a yoluxanların sayı 800 minə yaxınlaşır
https://azeri.sahartv.ir/news/dünya-i364395-hindistanda_covid_19_a_yoluxanların_sayı_800_minə_yaxınlaşır
Hindistanda son sutka ərzində koronavirusa daha 26 500-dən çox yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2020 05:17 Asia/Baku
  • Hindistanda COVID-19-a yoluxanların sayı 800 minə yaxınlaşır

Hindistanda son sutka ərzində koronavirusa daha 26 500-dən çox yoluxma halı qeydə alınıb.

SəhərAzəri - “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 793 802 nəfərə çatıb.

Hazırda Hindistan xəstəxanalarında 276 685 nəfər müalicə alır, 495 512 nəfər sağalıb (son gündə 19 135 nəfər), 21 604 nəfər (son gündə 475) isə ölüb.

Yoluxanların sayının artmasına baxmayaraq, iyun ayının sonlarında səlahiyyətlilər təcrid rejimindən çıxmağın ikinci mərhələsini elan edib. Yeni qaydalara görə, koronavirusun yayılması zonaları elan olunan yerlərdə (xəstələrin sayı artmaqda davam edən yerlərdə) özünütəcrid rejimi iyulun 31-dək uzadılıb.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.