İyul 13, 2020 20:37 Asia/Baku
  • Pandemiya dünyanın aparıcı şirkətlərinin borcunu 1 trilyon dollar artıracaq

2020-ci ildə dünyanın aparıcı kompaniyalarının borcu koronavirus pandemiyası səbəbindən daha 1 trilyon dollar artacaq.

 SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə məlumat “Janus Henderson” analitik kompaniyasının tədqiqatında yer alıb.

Məlumata əsasən, dünyanın ən iri 900 kompaniyasının iş vəziyyətini əhatə edən qlobal korporativ borc 12 faiz artaraq demək olar ki, 9,3 trilyon dollara çatacaq. Hazırda borcların təxminən yarısı – 3,9 trilyon dolları ABŞ şirkətlərinin payına düşür. Bu göstərici üzrə reytinqdə amerikalıların ardınca Almaniya kompaniyaları gəlir – 762 milyard dollar. Təkcə “Volkswagen” konserninin borcu 192 milyard dollara çatıb.

Ötən il də bu göstərici üzrə 8 faizlik kəskin artım müşahidə edilmişdi. Lakin ekspertlərin sözlərinə görə, cari ildə bu sahədə vəziyyət çox mürəkkəbdir. Belə ki, koronavirus pandemiyası nəticəsində gəlirlər xeyli azalıb.

Teqlər