İyul 15, 2020 08:37 Asia/Baku
  • Tramp: “Avropa Birliyi ABŞ-ı istismar etmək üçün yaradılıb”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı öz maraqları çərçivəsində Birləşmiş Ştatları istismar etmək üçün yaradılıb.

SəhərAzəri - Report, TASS-a istinadən xəbər verir, "Dünya rəqabətini unutmayın - Çinlə və bir çox dünya ölkələri ilə. Biz inanılmaz iqtisadi rəqabət vəziyyətindəyik, həmçinin Avropa ilə, hansı ki, heç vaxt bizə yaxşı münasibət bəsləməyib.

Avropa Birliyi ABŞ-dan öz maraqları üçün istifadə etmək üçün yaradılmışdı. O yaradıldı və onlar ABŞ-dan istifadə edirlər. Mən bunu bilirəm, onlar bilirlər ki, mən bunu bilirəm, amma başqa prezidentlər bu anlayışa malik deyildilər", - deyə Ağ Evdə mətbuat konfransında ABŞ lideri deyib.

“Report” xatırladır ki, Avropa Birliyi (əvvəlki Avropa İqtisadi Birliyi-red) 1957-ci ildə Almaniya, Fransa, İtaliya və Benilüks ölkələri tərəfindən yaradılıb. Sonralar Böyük Britaniya da iki dəfə quruma üzvlük üçün müraciət edib. Lakin Fransanın o zamankı Prezidenti Şarl de Qoll İngiltərənin ABŞ yönlü siyasət yürütdüyünü əsas gətirərək Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlüyünə veto qoyub. Yalnız Şarl de Qollun hakimiyyətdən getməsindən sonra Britaniya birliyə üzv qəbul ola bilib.    

Teqlər