Rusiyanın Xabarovsk qubernatoru kənarlaşdırılıb
https://azeri.sahartv.ir/news/dünya-i364929-rusiyanın_xabarovsk_qubernatoru_kənarlaşdırılıb
Xabarovsk qubernatoruna on minlərlə nəfərlik dəstək aksiyasının keçirilməsinə rəğmən, Rusiya prezidenti onu vəzifəsindən kənarlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2020 08:44 Asia/Baku
  • Rusiyanın Xabarovsk qubernatoru kənarlaşdırılıb

Xabarovsk qubernatoruna on minlərlə nəfərlik dəstək aksiyasının keçirilməsinə rəğmən, Rusiya prezidenti onu vəzifəsindən kənarlaşdırıb.

SəhərAzəri xəbər verir, Rusiya Liberal-Demokrat Partiyasından olan və qətl törətməkdə ittiham edilən Xabarovsk vilayətinin qubernatoru Sergey Furqalın vəzifəsindən azad edilməsi barədə Rusiya prezidenti Vladimir Putin tərəfindən verilən sərəncam dünən Kreml-in mətbuat bürosunun saytında yayılıb.

Rusiyanın Xabarovsk vilayəti son bir neçə gün ərzində Sergey Furqalın həbs olunmasına qarşı geniş küçə etirazlarının şahidi olubdur.

Etirazçılar bu qənaətdədirlər ki, Sergey Furqal Xabarovsk vilayətinin qubernatoru kimi yaxşı fəaliyyət göstərib və Kreml yalnız Putinin partiyasının namizədini seçkilərdə məğlub edə bildiyi üçün onu püç ittihamlarla məhbəsə atıbdır.

Digər tərəfdən, Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski də təhdid edərək bildirmişdi ki, Furqal azad edilməzsə, bu partiyanın Duma-dakı bütün üzvləri istefa verəcəklər.

Bir neçə gün bundan öncə Xabarovsk qubernatoruna dəstək istiqamətində 50 min nəfərdən çox insan küçələrə axışmışdı.

Rusiyanın qərbində yerləşən Xabarovsk vilayətinin qubernatoru Sergey Furqal ötən beş il ərzində bu vilayətin zəngin adamlarından bir neçə nəfəri qətlə yetirməyi planlaşdırmaq ittihamı ilə bir həftə bundan öncə, həbs olunaraq, Moskvaya köçürüldü.

Rusiya prezidenti Xabarovsk vilayətində icra işlərinin yenə də liberal-demokratların əlində qallması üçün Furqalın partiya yoldaşı- Mixail Deqtyarevi bu vilayətin başçısı təyin etdi.