Rusiyanın Britaniya siyasətinə müdaxiləsi ilə bağlı hesabat yayılıb
Britaniya parlamentinin Kəşfiyyat və təhlükəsizlik komitəsi Rusiyanın ölkə siyasətinə müdaxiləsi ilə bağlı hesabat yayıb.
SəhərAzəri Apa-ya istinadən xəbər verir, hesabatda bildirilir ki, Rusiya Britaniyanı Qərbdəki ən mühüm kəşfiyyat hədəflərindən biri hesab edir.
Vurğulanıb ki, Moskvanın kiber sahəsindəki imkanları isə Britaniya üçün ciddi narahatlıq doğuran bir məsələ olaraq ölkənin milli təhlükəsizliyinə ciddi və təcili təhlükə yaradır: “Rusiyanın 2014-cü ildə Şotlandiyanın müstəqillik referendumu zamanı təsir kampaniyalarına başladığına dair açıq mənbəli şərh var. Bundan başqa, Moskvanın 2016-cı il “Brexit” referendumuna təsir göstərməyə çalışdığı iddialarını sübut etmək çətin olsa da, mümkün idi. Ancaq Britaniya hökuməti təhlükənin mövcudluğunu tanımaqda yavaş davrandı”.
Hesabatda qeyd edilib ki, Vladimir Putinin rəhbərliyi altında Rusiya beynəlxalq hüquqa riayət etmək istəməyərək Britaniya üçün potensial müttəfiq mövqeyindən uzaqlaşıb və müəyyən təhlükə yaratmağa başlayıb: “2006-cı ildə Aleksandr Litvinenkonun öldürülməsi və 2014-cü ildə Krımın ilhaqı bunun bariz göstəriciləri idi”.
Hesabatda Rusiyanın Britaniya kəşfiyyatını ciddi sınaqlarla üz üzə qoyduğunu, xarici casuslarla mübarizə üçün yeni qanunvericilik tətbiq edilməli olduğu da bildirilib.