ABŞ polisinin rus müxbirlərə hücum etməsi Moskvanın etirazına səbəb olub.
Rusiyanın ABŞ-dakı səfirliyi bir məktub ünvanlayaraq, bu ölkə polisinin Portlend şəhərində rus müxbirlərinə münasibətinə öz etirazını bildirib.
SəhərAzəri xəbər verir, Rossiya 1 kanalının müxbiri iyunun 22-də ABŞ-ın Portlendə şəhərində küçə etirazlarını çəkdiyi zaman polis tərəfindən düyülüb və media ləvazimatları da məhv edilib.
Rusiyanın ABŞ-dakı səfirliyi bir məktubda, Oreqan ştatının polis zabitlərinin Rossiya 1 kanalının müxbirinə qarşı kobud rəftarına etiraz edib.
Rusiyanın Vaşinqtondakı səfiri Antoni Antonov özünün Facebook səhifəsində yazıb: "Biz bu haqda araşdırmaların aparılması və təhqiqatların nəticələrinin açıqlanmasını tələb edirik".
Afroamerikan Corc Floydun öldürülməsindən yeddi həftənin keçməsinə baxmayaraq, ABŞ-ın Oreqan ştatının Portlend şəhərində bu ölkə polisinin zorakılığı və irqçi davranışına qarşı etiraz aksiyaları səngimək bilmir.
Portlend əhalisinin dinc aksiyaları iki həftə əvvəl, ABŞ prezidenti Donald Trampın göstərişi ilə vətəndaş iğtişaşlarını yatırmaq üçün federal təhlükəsizlik qüvvələrinin bu şəhərə göndərilməsindən sonra zorakılığa çevrilib