İyul 27, 2020 14:23 Asia/Baku
  • Almaniya Trampın Rusiyanı G8-in sammitinə dəvət etmək niyyətinə qarşı çıxdı

Almaniyanın xarici işlər naziri Hayko Maas ABŞ Prezidenti Donald Trampın Rusiyanı “Böyük Səkkizliy”in (G8) növbəti sammitinə dəvət edilməsi fikrinə qarşı çıxıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, “Rusiyanın buradan çıxarılmasına səbəb Krımın işğalı və Ukraynanın şərqinə girməsidir. Orada heç bir həllin olmadığı təqdirdə, Rusiyanın sammitə qayıtmasına heç bir şans yoxdur”, - nazir vurğulayıb.

Xatırladaq ki, Donald Tramp Rusiya ilə yanaşı, Avstraliya, Hindistan və Cənubi Koreyanı sammitə dəvət etmək təklifini irəli sürüb. ABŞ prezidentinin fikrinə həmçinin Kanada və Böyük Britaniya rəhbərləri də qarşı çıxıblar.

Qeyd edək ki, Rusiya 2014-cü ilədək Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-la birgə “Böyük Səkkizliy”ə daxil idi. Lakin Krımın ilhaqı və Ukraynadakı böhrandan sonra Rusiya həmin sıradan çıxarılıb.

Teqlər