İyul 30, 2020 08:37 Asia/Baku
  • Texasdakı bir təbii qaz təsisatında partlayış və yanğın baş verib

ABŞ mediaları çərşənbə günü axşam bu ölkənin Texas ştatında yerləşən bir təbii qaz təsisatında partlayış və yanğının baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, hadisənin baş verdiyi məkan, Texas ştatının ən izdihamlı şəhəri olan Hyustondan otuz mil aralıda yerləşən «Mont-Bloyo» sənaye kompleksi elan olunubdur.

Bu yanğın nəticəsində uzun tüstü və alov sütunarı göyə qalxıbdır.

Çox sayda yanğınsöndürmə bölmələri alovu söndürməklə məşğul olubdur.

Hələ ki, partlayış və yanğının səbəbi, eləcə də onunla bağlı ehtimal olunan xəsarət və tələfat barədə bir məlumat yayılmayıbdır.

Teqlər