Rəsmi Moskva: " ABŞ-ın raket təhdidlərini gözardına vura bilmərik"
Rusiya Xairici İşlər Nazirliyi bir bəyanat yayaraq, deyib: "Bu ölkə ABŞ-ın raket təhdidlərini gözardına vura bilməz".
SəhərAzəri xəbər verir, Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanatda, ABŞ-ın qısa və orta mənzilli yerüstü raketlərin dünyanın müxtəlif nöqtələrində yerləşdirməsini təhrikedici bir hərət kimi dəyərləndirib.
Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın "Orta mənzilli nüvə raketlərinin lğəvinə dair saziş"dən çıxması münasibətilə yaydığı bəyanatda, qeyd edib ki, aydın məsələdir ki, ABŞ-ın qısa və orta mənzilli raketlərini dünyanın müxtəlif nöqtələrində yerləşdirməsi beynəlxalq və regional təhlükəsizliyə ciddi şəkildə ziyan vurur və silah yarışının təhlükəli və yeni bir mərhələsinin başlanmasına səbəb olacaq. Rusiya bu ölkə üçün strateji əhəmiyyət kəsb edən ərazisinə qarşı daha çox raket təhdidlərinin yaranmasına göz yuma bilməz.
Rusiya XİN daha sonra əlavə edib: "Qarşımızda olan yeganə ağıllı və məntiqli həll yolu siyasi və diplomatik yollarla məqbul bir razılaşmanın əldə edilməsi üçün birgə səy göstərməkdir. Rusiya etimadı bərpa etməyə, beynəlxalq təhlükəsizliyi və strateji sabitliyi gücləndirməyə hazırdır. ABŞ tərəfində də oxşar maraq və məsuliyyət hissinin olmasına ümid edirirk".
Orta və qısa mənzilli nüvə raketlərinin ləğvinə dair saziş Rusiya və ABŞ üçün orta və qısa mənzilli yerüstü raketlərin istehsalı, sınaqdan keçirilməsi və saxlanılmasını qadağan edir, Lakin hər iki ölkə aylarla bir-birlərini bu müahidənin müddəalarını pozmaqda ittiham etdikdən sonra rəsmən ondan çıxıblar.
Rusiyanın Vyana şəhərindəki beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov da öz tvitter səhifəsində paylaşdığı statusda ABŞ prezidenti Donald Trampı ikitərəfli və beynəlxalq sazişlərdən çıxmaqda ittiham edib.
O, amerikalıların, Rusiyanın silah nəzarəti sazişiləri ilə bağlı öhdəliklərinə əməl etmədiyinə dair iddialarına cavab olaraq, yazıb: "Silah nəzarəti sazışlərinin icrası ilə bağlı mübahisələrin həll edilməsi üçün danışıqlara hazırıq".