Avq 08, 2020 13:53 Asia/Baku
  • Lavrov:

Rusiyanın XİN başçısı dünya dövlətlərini nüvə silahından istifadənin yasaqlanmasına çağırıb.

SəhərAzəri bildirir ki, Rusiyanın xariciişlər naziri Sergey Lavrov Xirosimaya atom bombası atılmasının 75-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirakçılara onlayn çıxışında bildirib ki, nüvə silahının müharibə silahı kimi istifadəsi istisna edilməlidir.

  Lavrovun sözlərinə görə, Rusiya nüvə silahı olan bir dövlət kimi beynəlxalq təhlükəsizlik, regional və qlobal sabitlik üçün məsuliyyətini yaxşı başa düşür və nüvə silahından istifadənin nəticələrini bilir.  

O, eyni zamanda Moskvanın beynəlxalq silahlara nəzarət sisteminin məhv edilməsindən, digər ölkələrin təhlükəsizliyinə zərər verməmək prinsiplərinə hörmətsizlik etməsindən, beynəlxalq müqavilələrin pozulmasından və dünyada nüvə risklərinin kəskin şəkildə artmasından dərin narahatlıq keçirdiyini qeyd edib. 

Cənab Lavrov sonda ABŞ-ı sabitliyi pozan səyləri davam etdirməməyə və bütün dünya nüvə güclərini yayılmamaq öhdəliklərini bir daha təsdiqləməyə çağırıb.

Teqlər