Zaxarova Amerikada TikTok-un filtr edilməsini insan haqlarının pozulması adlandırıb
Zaxarova Amerikada TikTok-un filtr edilməsini insan haqlarının pozulması adlandırıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Çinin TikTok sosial şəbəkəsinə qarşı təhdidlərinə reaksiya verib və Amerika tərəfindən onda hər cür problemin yaradılmasını insan haqlarının pozulması adlandırıb.
Sahar Azari bildirir ki, Mariya Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında yayılan bir bəyanatda deyib: Amerika hökumətinin bu barədəki hərəkəti azad iqtisadi prinsiplərlə təzad təşkil edir və Ümumdünya Ticarət Təşkilatının meyarlarını pozur.
ABŞ senatı cümə axşamı günü bu ölkədə hökumət işçiləri üçün TikTok tətbiqindən istifadənin qadağan edilməsi layihəsinin lehinə səs verdi.
ABŞ rəsmilərinin sözlərinə görə, TikTok tətbiqi ABŞ vətəndaşları barədəki məlumatları Çin hökumətinin ixtiyarına qoyur. Bu tətbiqin məsul şəxsləri isə irəli sürülən iddiaları rədd edərək, onu etibarsız adlandırıblar.
Donald Tramp vurğulayıbdır ki, ya TikTok-un Amerikadakı imtiyazı satılmalı və ya onun fəaliyyəti mümkünsüzdür.
Son aylar ərzində Pekin ilə Vaşinqton arasındakı çəkişmələr koronavirus pandemiyası və Honq-Konqda Çin milli təhlükəsizlik layihəsinin qəbul olunması ilə bir zamanda özünün kulminasiya nöqtəsinə çatıbdır.