Avq 15, 2020 22:45 Asia/Baku
  • ABŞ-da koronavirus dönəmində silahlı zorakılıq daha da artıbdır

ABŞ-da son 24 saat ərzində 63 silahlı insident baş veribdir ki, nəticədə 76 nəfər ölüb və ya yaralanıb.

İRİB-in məlumatına görə, ABŞ-da silahlı zorakılıqlar üzrə statistika mərkəzi son sutkada bu ölkədə 29 nəfərin silahlı atışma nəticəsində həlak olduğundan və 47 nəfərin yaralanmasından xəbər verib. Bu hadisələrin altısı isə tələfatsız ötüşüb.

Bu məlumata əsasən, Alabama-Oksfordda baş verən silahlı insidentdə bir qadın və bir kişi məişət zorakılığı zəminində baş verən atışmada həlak olublar.

ABŞ-ın digər nöqtələrində də keçən ilə nisbətən silahlı zorakılıqlar artıbdır. Amerika cəmiyyətində odlu silahdan istifadə edərək, zorakılığın yayılması uzun keçmişə malikdir. Vətəndaşlara özləri ilə silah gəzdirməyə icazənin verilməsi ABŞ-da zorakılığın genişlənməsinin əsas amillərindən biridir. Bu ölkədə adam başına düşən silah sayı dünyanın heç bir ölkəsi ilə müqayisə ediləsi deyil. Bu ölkədə mülkilərin əlində 170 milyon silah mövcuddur və hər dəfə silah istehsalı və satışı ilə məşğul olan şirkətlərin lobbiləri hökumətin bu ölkədə silahın istifadəsini qanuniləşdirməyə dair vədlərinin yerinə yetməsinə mane olurlar.

Teqlər