Lavrov və Pompeo Rusiyanın İranla bağlı təklifini müzakirə etdilər
Lavrov və Pompeo Rusiyanın İranla bağlı təklifini müzakirə etdilər
Avq 16, 2020 14:45 Asia/Baku
Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi bu gün telefon danışığında Moskvanın İranla bağlı BMT-nin iclas təşkil etməsi təklifini müzakirə ediblər.
Səhər Azəri bildirir ki, Sergey Lavrov ilə Mayk Pompeo arasında bazar günü telefon danışığı baş tutub.
Deyilənlərə görə Lavrov və Pompeo arasındakı telefon danışığının əsas mövzusu Moskvanın BMT-də İran mövzusu ilə bağlı iclasın keçirilməsinə dair təklifi olub.
Kreml cümə günü bir bəyanat yayaraq, Rusiya prezidenti Vladimir Putinin İran mövzusunu araşdırmaq üçün Təhlükəsizlik Şurasının daimi üzvləri habelə İran və Almaniyanın iştirakı ilə fövqəladə iclasın keçirilməsinə dair təklif irəli sürdüyünü bildirmişdi.
Teqlər