Yəmən: Sionist rejimlə anlaşmanı qınayırıq
Yəmən: Sionist rejimlə anlaşmanı qınayırıq
Yəmənin siyasi partiyaları sionist rejim ilə əlaqələrin qurulmasına kəskin formada etiraz edərək, Fələstinin müdafiəsinə təkid ediblər.
Səhər Azəri bildirir ki, Yəmənin siyasi partiyaları sionist rejim ilə əlaqələrin normallaşdırılmasının bu rejimi öz cinayətlərində daha da həyasız edəcəyini vurğulayıblar.
Yəmənin siyasi partiyaları tərəfindən verilən bəyanatda sionist İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasına etiraz edilsə də, birbaşa olaraq Birləşmiş Ərəb Əmirliklərinin adına işarə olunmayıb.
Bəyanatda bildirilir ki, Fələstin xalqının hüquqlarınnı təmin olunmadığı və Fələstin məsələsinin beynəlxalq normalar əsasında həll edilmədiyi zamana kimi sionist rejim ilə diplomatik əlaqələrin qurulması bu rejimin daha da həyasızlaşması və cinayətlərini artırmasına səbəb olacaq.