İraqın tarixi Amerika, Avropa və Ərəb ölkələrinə qaçaq edilir
İraqın tarixi Amerika, Avropa və Ərəb ölkələrinə qaçaq edilir
İraqın on minlərlə tarixi əsəri Amerika, Avropa və Ərəb ölkələrinə qaçaq edilib.
Səhər Azəri bildirir ki, bunu İraqın mədəniyyət, turizm və tarixi əsərlər naziri deyib.
İraqın mədəniyyət, turizm və tarixi əsərlər naziri Həsən Nazim on minlərlə tarixi əsərin qanunsuz yollarla Amerika, Avropa və Ərəb ölkələrinə aparıldığına işarə edərək, onların İraqa qaytarılması yollarını açıqlayıb.
Həsən Nazim deyib: Bu əsərləri geri qaytarmaq üçün İraqın Mədəniyyət, Turizm və Tarixi Əsərlər Nazirliyi səfirlik vasitəsilə bu əsərləri əlində saxlayan şəxslər ilə danışıqlar aparmalı, anlaşma əldə etməlidir.
H.Nazim oğurlanmış tarixi əsərlərin geri qaytarılmasının uzun bir proses olacağına işarə edərək, deyib: dövlət səviyyəsində müqavilə və memorandumların imzalanması yolu ilə bu əsərlərin ölkəmizə qaytarılmasına çalışacağıq.