Belarusun yeni baş naziri təqdim olunub
https://azeri.sahartv.ir/news/dünya-i366221-belarusun_yeni_baş_naziri_təqdim_olunub
Belarus prezidenti xalq etirazlarına rəğmən, öz nazirlər kabinetinin baş nazirini təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 10:32 Asia/Baku
  • Belarusun yeni baş naziri təqdim olunub

Belarus prezidenti xalq etirazlarına rəğmən, öz nazirlər kabinetinin baş nazirini təqdim edib.

SəhərAzəri xəbər verir, Aleksandr Lukaşenko Roman Qolovçenkonu baş nazir kimi təqdim edib. Onun səlahiyyəti parlament tərəfindən təsdiq olunmalıdır.

Belarusun yeni nazirlər kabinetinin tərkibi konstitusiya əsasında, prezident seçkilərindən sonra elan olunub və öncədən istefa vermiş bütün nazirlər yenidən öz yerlərini tutublar.

Belə bir halda, Belarus prezident seçkilərində Lukaşenkonun əsas rəqibi və bu ölkə müxalifətinin lideri olan Svetlana Tixanovskaya Avropa Birliyini seçkilərin nəticəsini tanımamağa çağırıb.

Avropa Birliyinə üzv bir çox ölkə, müdaxilə mahiyyətli mövqedə Belarus etirazlarını himayə edibdir.

Avqustun 9-da Belarusda 6-cı prezident seçkiləri keçirildi və bu ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko səslərin səksən faizindən çoxunu qazanaraq, seçkilərin qalibi oldu.