Rusiyanın yeni raket müdafiə sistemi - "Abakan"
https://azeri.sahartv.ir/news/dünya-i366361-rusiyanın_yeni_raket_müdafiə_sistemi_abakan
Rusiya bu gün ballistik raketlər əleyhinə yeni müdafiə sistemini nümayiş etdirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2020 12:03 Asia/Baku
  • Rusiyanın yeni raket müdafiə sistemi -

Rusiya bu gün ballistik raketlər əleyhinə yeni müdafiə sistemini nümayiş etdirdi.

Səhər Azəri bildirir ki, Rusiyanın Almaz-Antey qrupu "Army-2020" sərgisində yeni raket müdafiə sistemi olan "Abakan" sistemini nümayiş etdirib. 

Defence-blog saytının bildirdiyinə görə, Almaz-Antey qrupunun rəsmiləri "Abakan" sisteminin ballistik raketlər əleyhinə ən modern müdafiə sistemi olduğunu deyiblər. 

"Abakan" raket sistemi səyyar bir sistem olaraq VAZ markalı yük maşınlarının üzərində quraşdırılır. Bu avtomobil raketin üfüqü formada daşınmasına və şaquli formada buraxılmasına imkan verir. 

Rusiyanın Müdafiə Nazirliyi hələ ki, bu raket sisteminin ölkənin müdafiə sisteminə daxil ediləcəyi zamanı elan etməyib.