Avq 27, 2020 11:56 Asia/Baku
  • ABŞ-da anti-rasizm aksiyaları davam edir və Ağ Ev ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

ABŞ-da irqçiliyə qarşı aksiyaların kəskinləşməsi fonunda Ağ Ev ətrafinda çoxlu sayda metal hasarlar çəkilib.

SəhərAzəri xəbər verir, ABŞ polisinin irqçi zorakılığına qarşı etiraz aksiyaları Ağ Evin yaxınlığına çatıbdır. Etirazçılar Ağ Ev-in hasarları və təhlükəsizlik baryerlərinə şüarlar yazılmış parçalar quraşdıraraq, bu oturuşmuş irqçiliyə qarşı etiraz səslərini Ağ Ev rəsmilərinin qulağına çatdırmaq istəyirlər. 

Etirazların şiddətlənməsi fonunda Ağ Ev ətrafında təhlükəsizlik qüvvələrinin sayı artırılıb və etirazçıların saray sahəsinə yaxınlaşmasının qarşısını almaq üçün onun ətrafına çoxlu sayda metal hasarlar quraşdırılıb.

Ağ Ev yaxınlığında kütləvi anti-rasizm aksiyasının keçirilməsi qərara alınıb, hansı ki, ABŞ-da anti-rasizm hərəkatının lideri Martin Lüter Kinqin məşhur çıxışı və o, günün geniş toplantısını xatırladacaq.

Həmin məsələ son bir neçə ayda baş verən hadisələri, o cümlədən qaradərili Corc Floydun ağdərili bir polis zabiti tərəfindən öldürülməsini nəzərə alaraq, Ağ Ev rəsmilərini daha da narahat edibdir.

Corc Floydun 25-may tarixində öldürülməsindən sonra  ABŞ-ın müxtəlif şəhərlərində geniş miqyaslı anti-rasizm aksiyaları başlayıb.

Teqlər