Avq 29, 2020 11:05 Asia/Baku
  • Laura qasırğası böyük xəsarətlər törədib

Amerikanın Leyk-Çarlz şəhərinin meri bu şəhərdə baş verən qasırğadan irəli gələn xəsarətləri qorxunc xəyali nağıllardakı dağıntıllara bənzədib.

Səhər Azəri bildirir ki, Amerikanın Luiziana ştatında baş verən Laura qasırğasından irəli gələn xəsarət və dağıntıların miqdarı çox yüksəkdir.

 Leyk-Çarlz şəhərinin meri şəhər əhalisinə xitabən deyib: Şəhərə qayıdın, dağıntılara baxın və buradan gedin.

Bir çox ekspertlər bu qasırğanın törətdiyi xəsarətləri güclü fırtınalara bənzədirlər. Fərq burasındadır ki, Laura qasırğasından zərər çəkmiş bölgələr Amerikada həmişə baş verən ən güclü fırtınaların törətdikləri ziyanlardan daha genişdir.

Amerikanın Leyk-Çarlz şəhərində baş verən Laura qasırğası bu şəhərdəki ən uca radio və televizya antennalarından birini uçurub və şəhərdə elektrik cərəyanı tam şəkildə kəsilibdir. Şəhərin su təsisatları tamamilə dağılıbdır. Laura hətta Leyk-Çarlzdakı hündürmərtəbəli binalarının şüşələrinə belə rəhm etməyibdir.

Teqlər