Sen 03, 2020 08:14 Asia/Baku
  • ABŞ-ın terrorçu ordusunun logistik karvanı yolunda partlayış

İraqın mərkəzindəki Babil vilayətində ABŞ-ın terrorçu ordusunun logistik karvanı yolunda bir bomba partlayıb.

SəhərAzəri xəbər verir, İraq mediaları dünən gecə bildiriblər ki, bu bomba partlayışı Babil vilayətinin avtomagistralında baş verib. Partlayış Amerikanın hərbi sursatlarını daşıyan yük maşınları və tırlara xəsarətlər vurubdur.

Bu, son günlərdə İraqda Amerikanın hərbi karvanları yolunda baş verən neçənci partlayışdır.

ABŞ-ın Bağdaddakı səfirliyi və amerikalı terrorçu hərbçilərin bazaları, o sıradan Əltaci və Əlbələd bazaları da son aylar bir neçə dəfə raket hücumlarına məruz qalıblar.

İraqın xalqı və qruplarından bir çoxu terrorçu Amerika qüvvələrinin bu ölkədən çıxmalarını istəyir. İraq parlamenti də həmin qüvvələrin bu ölkədən çıxmaları barədə bir layihə qəbul edibdir.

Teqlər