Rusiya qırıcıları Amerikan bombardmançılarına aman vermədilər
https://azeri.sahartv.ir/news/dünya-i366899-rusiya_qırıcıları_amerikan_bombardmançılarına_aman_vermədilər
Rusiya qırıcıları ABŞ-ın bombardmançı təyyarələrinə Qara dəniz üzərində uçuş icazəsi verməyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2020 06:43 Asia/Baku
  • Rusiya qırıcıları Amerikan bombardmançılarına aman vermədilər

Rusiya qırıcıları ABŞ-ın bombardmançı təyyarələrinə Qara dəniz üzərində uçuş icazəsi verməyiblər.

Səhər Azəri bildirir ki, Rusiya qırıcıları ABŞ ordusunun bombardmançı təyyarələrinə Qara dəniz üzərində uçuş icazəsi verməyiblər. 

Bundan öncə Rusiyanın hərbi-müdafiə qaynaqları iyul ayının sonları və avqust ayının əvvəllərində NATO-nun casusluq fəaliyyətinin xeyli artmasından xəbər vermişdilər. 

Bu məlumata görə, casusluqla məşğul olan təyyarələri izləmək üçün havaya qalxan Rusiya qırıcıları Baltik dənizi üzərində Almaniya, İsveç və Danimarkaya məxsus casusluq təyyarələrini müəyyən ediblər. 

Rusiyanın Müdafiə Nazirliyi ötən bir neçə həftə ərzində NATO qırıcılarının Rusiya sərhədlərinə yaxınlaşmasına dair xəbərdarlıq edib. 

Rusiya həmçinin, NATO-nun Baltik dənizi və Qara dəniz üzərindəki şübhəli hərəkətlərinə öz etirazını bildirib.