Təbii fəlakətin astanasında
Yaponiya "Hayşen" qasırğasını qarşılamağa hazırlaşır
Sen 05, 2020 17:28 Asia/Baku
"Hayşen" qasırğasının yaxınlaşması ilə Yaponiyanın cənub-qərbində fövqəladə vəziyyət elan edilib.
Səhər Azəri bildirir ki, Yaponiyaya yaxınlaşmaqda olan "Hayşen" qasırğası ilə əlaqədar ölkənin cənub-qərbində zavodlar fəaliyyətini dayandırır.
Bu məlumata görə "Toyota", "Honda" şirkətləri Küsü adasında zavodlarnı bağladığını elan edib.
Bundan başqa, "Mitsubishi Electric" 3, "Canon" isə 7 zavodunu müvəqqəti bağlayıb.
Yaponiya ordusu da yaxınlaşmaqda olan "Hayşen" qasırğasının fəsadlarını minumuma endirmək və əhaliyə yardım etmək üçün ölkənin cənub-qərbində on minlərlə qüvvə səfərbər edib.