Sen 06, 2020 10:49 Asia/Baku
  • ABŞ-da meşə yanğınlarına görə əhali təxliyə edilir

Kütləvi meşə yanğını səbəbindən ABŞ-ın Kaliforniya ştatında evakuasiya elan edilib.

Səhər Azəri bildirir ki, bu barədə Klivlend milli qoruğunun "Twitter" səhifəsində məlumat verilib.

Məlumata görə San Dieqo əyalətinin Alpayn yaşayış məntəqəsinin yaxınlığında meşələr yanır. Yanğının sahəsi 120 hektardan çoxdur.

"Yanğının yayılma sürəti təhlükəlidir, evakuasiya elan edilib", - "Twitter"də yazılır.

Xilasetmə işləri aparılır. Xəsarət alan və ölənlər barədə məlumat verilmir.

Teqlər