Səud prokuroru Qaşıqçı qətli işinin canilərinə hökm çıxarıb
Ərəbistan prokuroru səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətli işi müqəssirləri üçün yekun hökm çıxarıb və onun icra olunması vacibliyini bildirib.
SəhərAzəri xəbər verir, Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında Ərəbistanın İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşdü. Səud rejimi öncə sükut edərək, bu macəranı təkzib etdi, lakin dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət bildirdi ki, Qaşıqçı bu ölkənin konsulluğunda qətlə yetirilibdir.
Səud prokurorluğu dünən bir məlumatda bildirib ki, Camal Qaşıqçının qətli cinayətinin xüsusi cəhəti, onun ailəsinin əfvi ilə başa çatıb; onun ümumi cəhəti barədə isə, məhkumlardan beş nəfərin hər biri 20, bir nəfər 7, iki nəfər isə on il həbsə məhkum olunub.
Bu məlumata görə, Camal Qaşıqçının qətli məsələsi xüsusi və ümumi cəhətlərdə başa çatıb və bu hökmlər yekun hökmlər olaraq, icra edilməlidirlər.
Qaşıqçının övladları atalarının qatillərini əfv etdilər. Bu, elə bir halda olubdur ki, Qaşıqçının qətlindən bəri onlar Ərəbisantandan çıxmaq icazəsinə malik deyildilər.
Digər tərəfdən, Qaşıqçı işinin məhkumları barədə hökmlər elə bir halda verilibdir ki, bir çox insan haqları dairələri səud vəliəhdi Muhəmməd bin Salmanı və bin Salmana yaxın olan iki nəfəri- Səud Əlqəhtanini və Əhməd Əsirini birinci dərəcəli müttəhimlər hesab edirlər. Lakin bu üç nəfər indiyədək heç bir məhkəmə iclasında iştirak etməyibdir.
Bundan öncə Ərəbistan vəliəhdi Muhəmməd bin Salman PBS amerikan telekanalı ilə müsahibədə səud amilləri tərəfindən Camal Qaşıqçının qətli məsuliyyətini öz üzərinə götürmüşdü.