ABŞ federal hakimi, 11 sentyabr hücumları ilə əlaqədar 24 Səudiyyə rəsmisinin dindirilməsini istədi
https://azeri.sahartv.ir/news/dünya-i367156-abŞ_federal_hakimi_11_sentyabr_hücumları_ilə_əlaqədar_24_səudiyyə_rəsmisinin_dindirilməsini_istədi
Nyu-Yorkdakı bir federal hakim Səudiyyə hökumətinə əmr vermişdir ki, 11 sentiyabr hücumları ilə əlaqədar olaraq ölkənin 24 keçmiş və hazırkı məmurunun dindirilməsinə icazə versin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2020 18:56 Asia/Baku
  • ABŞ federal hakimi, 11 sentyabr hücumları ilə əlaqədar 24 Səudiyyə rəsmisinin dindirilməsini istədi

Nyu-Yorkdakı bir federal hakim Səudiyyə hökumətinə əmr vermişdir ki, 11 sentiyabr hücumları ilə əlaqədar olaraq ölkənin 24 keçmiş və hazırkı məmurunun dindirilməsinə icazə versin.

SəhərAzəri xəbər verir, Yahoo saytının müxbiri Mikael Izikov yazıb: New Yorkda bir federal hakim tərəfindən axtarılan Səudiyyə rəsmiləri arasında Vaşinqtondakı keçmiş səfir Bəndər bin Sultan bin Əbdüləziz və baş qərargah rəisi Əhməd əl-Qattan da var.
Siyahıda Səudiyyə Ərəbistanı səfirliyinin keçmiş rəhbəri Məsəd Əhməd əl-Cərrah, İslam İşləri Nazirliyinin başçısı Fəhd əl-Müteyri və Ömər əl-Beyumi də yer alıb ki FTB onu Səudiyyə kəşfiyyat xidmətinə casusluq etməkdə günahlandırıb.
11 sentyabr hücumları qurbanlarının ailələri ABŞ məhkəməsinin qərarını alqışlayır və bunu hadisənin baş verməsindən bəri yəni 19-cu ildönümü ərəfəsində ən önəmli qərar olduğunu bildirirlər.