Əfqanıstan polisinin 5 əməkdaşı öldürüldü
https://azeri.sahartv.ir/news/dünya-i367199-Əfqanıstan_polisinin_5_əməkdaşı_öldürüldü
Əfqanıstanın Kapisa əyalətində "Taliban" qruplaşmasının üzvləri polis əməkdaşlarına hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 05:11 Asia/Baku
  • Əfqanıstan polisinin 5 əməkdaşı öldürüldü

Əfqanıstanın Kapisa əyalətində "Taliban" qruplaşmasının üzvləri polis əməkdaşlarına hücum ediblər.

Səhər Azəri bildirir ki, Əfqanıstanın Kapisa əyalətində polis əməkdaşlarına hücum edilib, ölən və yaralananlar var. 

Məlumata görə, "Taliban" hərbi qruplaşmanın üzvlərinin hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub, 7-si isə xəsarət alıb.

Yerli polisin verdiyi məlumata görə, insident "Taliban" qruplaşması üzvlərinin hücumu nəticəsində baş verib. 

Hadisənin təfərrüatı açıqlanmır.